Bank Of Baku

AZAL və "Buta"nın rəsmi saytlarında problem yaranıb

AZAL və "Buta"nın rəsmi saytlarında problem yaranıb
# 31 may 2022 12:42 (UTC +04:00)

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

“Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR