Sürətlə inkişaf edən texnologiya dünyasında müəyyən bir sahədə mütəxəssis olmaq insanı digərlərindən fərqləndirir. Kibertəhlükəsizlik üzrə məşhur ekspert Azər Əlili də məhz belə biri olaraq, informasiya təhlükəsizliyi proqram təminatının inkişafı sahəsində özünəməxsus yeni bir trend və innovasiya yaratmışdır.
Azər Əlili İT dünyasındakı karyerasına məlumat təhlükəsizliyindən başlamışdır. Daha sonra kibertəhlükəsizlik həlləri yaratmaq marağı onu kiber dünyanı araşdırmağa sövq etmişdir. O vaxt özünü kiber təhdidlərin və çağırışların ortasında tapan Azər Əlili, peşəkar fəaliyyətini informasiya və kiber təhlükəsizlik məhsulları yaratmağa və inkişaf etdirməyə yönəltmişdir.
Təhlükəsizliyin inkişafına olan həvəsi və nadir istedadı onu illər ərzində bir neçə uğurlu layihələr yaratmağa imkan vermişdir. Onun ən diqqət çəkən layihələrindən biri "Vuldoser Web"dir; real vaxt rejiminda veb servislərin təhlükəsizliyini araşdıran və dəqiq proqnozlar verən bir həll, istənilən həcmdə müəssisələr üçün veb və mobil platformalarda zəiflikləri və təhlükəsizlik qüsurları aşkar edə bilən patformadır. CoviD-19 pandemiyası zamanı platforma insan faktorunun fiziki iştirakını qaldıraraq və bütün işləri uzaqdan idarə edə bilməklə Azərbaycanda müştərilərə misilsiz xidmət göstərməklə, insanlara məsafədən işləməsini təmin etmiş və beləliklə insanların sağlamlığına əvəzsiz töhvə vermişdir.
Azər Əlilinin digər uğurlu bir proyekti isə, İT və İnformasiya Təhlükəsizliyi Risk İdarəetmə sahəsi üzrə əvəzsiz bir həll olan "OPITRisk Platforması"dır; İT risklərin idarəedilməsi üçün nəzərdə tutulmuş bir həll olan bu platforma şirkətlərə biznesin gedişində qarşılaşa biləcəkləri risklərin geniş spektrinə hazır olmaqda kömək edir. Bu həll biznesin davamlılığı, təchizatçıların idarə edilməsi, təchizat zənciri, fəlakət zamanı servislərin bərpası, fasiləsiz xidmət göstərilməsi və s. kimi mühüm İT risk kateqoriyalarını əhatə edir.
500-dən çox real korporativ müştəri bazasına malik olması bir daha “OPITRisk Platforması”-nın peşəkar tərəfindən hazırlandığını sübut edir. Azər Əlilinin hamıdan üstün texniki təcrübəsi onun təhlükəsizlik proqram təminatının işlənib hazırlanmasına yanaşmasında əyani olaraq özünü göstərir. O hesab edir ki, müxtəlif platformalarda məlumatların qorunması və emalı zamanı yaranan İT riskini anlamaq çox vacibdir. Müştəri rəylərini və ehtiyaclarını nəzərə almaqla, Azər Əlili, son istifadəçi və bizneslər tərəfindən çox yaxşı qarşılanan proqram təminatı yaratmağa müvəffəq olmuşdur.
Azər Əlili üçün kibertəhlükəsizlik sektorunda uğurun açarı davamlı olaraq özünü inkişaf etdirməkdir. O, kiber təhlükəsizlik proqramlarını hazırlamaq istəyənlərə öz işlərini sevərək görməyi, öyrəndiklərini həyata keçirməyi və risk etməkdən qorxmamağı tövsiyə edir.
Ümumiyyətlə, Azər Əlilinin İT sektorunun inkişafında verdiyi töhvələr ölkəmizdə və regionda ciddi rezonansa səbəb olmuşdur. Onun təcrübəsi və yüksək keyfiyyətli həllər hazırlamaq bacarığı Azər Əlilini texnologiya sənayesində sayılıb seçilən biri etmişdir. Biz gələcəkdə bu kimi əvəzsiz bi kiber texnoloqdan daha innovativ layihələr görəcəyimizə inanırıq.