Bank Of Baku

Azərbaycan son beş ildə 1 mlrd. tondan çox yükün nəqlini təmin edib

Azərbaycan son beş ildə 1 mlrd. tondan çox yükün nəqlini təmin edib
# 03 may 2019 17:32 (UTC +04:00)

Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2014-2018-ci illərdə 1,12 mlrd. ton yük daşınıb.

ONA-nın Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən apardığı hesablamalara görə, nəqliyyat sektorunun subyektləri tərəfindən ən yüksək yükdaşıma göstəricisi 2018-ci ildə qeydə alınıb və 229,9 mln. ton təşkil edib. Ən aşağı göstərici isə 2014-cü ilə təsadüf edib (222 mln. ton).

Daşımaların böyük hissəsi avtomobil nəqliyyatının payına düşüb.

Hesablamalara əsasən, son 5 ildə avtomobil nəqliyyatının Azərbaycan üzrə yükdaşımalarında payı 62,5% çatıb. 2014-2018-ci illərdə ölkədə avtomobil nəqliyyatı ilə 701,9 mln. ton yük daşınılıb.

Yükdaşımaların qalan hissəsi dəmir yolu, dəniz, hava  nəqliyyatı və boru kəmərləri vasitəsi ilə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR