Bank Of Baku

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb
# 26 aprel 2023 20:52 (UTC +04:00)

26 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə ‘’Şimal-Cənub’’ marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

Görüşdə müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.

O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR