Bank Of Baku

Azərbaycan, Gürcüstan və Türkiyə yük tranzitinin artırılmasını müzakirə edəcək

Azərbaycan, Gürcüstan və Türkiyə yük tranzitinin artırılmasını müzakirə edəcək
# 22 avqust 2022 17:10 (UTC +04:00)

Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri Gürcüstanın nümayəndələri ilə birlikdə çərşənbə axşamı Tbilisidə Transxəzər nəqliyyat marşrutu ilə yüklərin tranzitinin artırılması imkanlarını müzakirə etmək üçün görüş keçirəcəklər.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Bu barədə bazar ertəsi Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

"Sabah bizim Tbilisidə nəqliyyat nazirlərinin görüşü olacaq, bu görüşdə Azərbaycan və Türkiyə nazirləri iştirak edəcək. Orada yük dövriyyəsinin və Orta Dəhlizin (Trans-Xəzər Nəqliyyat Marşrutu – red.) rəqabət qabiliyyətinin artırılmasından söhbət gedəcək ki, biz nəinki yeni yükləri, o cümlədən neft məhsullarını cəlb etməklə yanaşı, həm də bu yükləri uzun müddət bizim dəhlizimizdə saxlıya bilər”, - Levan Davitaşvili bildirib.

Nazirin sözlərinə görə, tranzit dəhlizinin inkişaf etdirilməsi ilə bağlı mövcud perspektivlərə baxmayaraq, yük dövriyyəsinin artması çox mürəkkəb və uzunmüddətli prosesdir, çünki burada dövlətlərlə yanaşı, öz biznes maraqları olan özəl şirkətlər də iştirak edir.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrini əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR