Bank Of Baku

Azərbaycan Gürcüstanın Anaklia limanına maraq göstərir

Azərbaycan Gürcüstanın Anaklia limanına maraq göstərir
# 13 iyul 2026 11:45 (UTC +04:00)

Anaklia dərin dəniz limanında fəaliyyətə Mərkəzi Asiya ölkələri, Çin, Azərbaycan da daxil olmaqla Gürcüstanın tərəfdaş ölkələri, həmçinin Qərb şirkətləri böyük maraq göstərir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "Rustavi 2" telekanalına müsabibəsində bildirib.

O qeyd edib ki, düzgün siyasət və yanaşma ilə Gürcüstanın tərəfdaşlar seçmək imkanı yaranacaq və beynəlxalq əməkdaşlıq sayəsində Anaklia limanına yük axınlarının cəlb edilməsi təmin olunacaq.

“Anaklia limanı Gürcüstan üçün strateji əhəmiyyətə malik bir obyektdir. Qəbul etdiyimiz vacib qərara əsasən, strateji obyektin sahibi dövlət olacaq. Dövlət özü limanı inkişaf etdirəcək, bir sıra tərəfdaş ölkələrin maraqlarını birləşdirəcək ekosistem yaradacaq", - Kvrivişvili əlavə edib.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə Anaklia limanı "landlord" modeli əsasında inşa olunacaq. Dövlət əsas dəniz və liman infrastrukturunun mülkiyyətçisi qalacaq, obyektin inkişafını və idarə olunmasını müstəqil şəkildə təmin edəcək. Layihəyə yönəldiləcək investisiyaların ümumi həcmi təqribən 1,1 milyard ABŞ dollarına bərabərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR