Bank Of Baku

Azərbaycan mülkiyyət hüququnun qorunması üzrə MDB-də liderdir

Azərbaycan mülkiyyət hüququnun qorunması üzrə MDB-də liderdir
# 17 avqust 2021 12:26 (UTC +04:00)

"Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi-2020" ("International Property Right Index-2020") hesabatına görə, Azərbaycan mülkiyyət hüququnun qorunması səviyyəsinə görə 5,348 bənd göstərici ilə dünyada 67-ci yerdə, MDB-də isə birinci olub.

"APA-Economics"in hesabata istinadən verdiyi məlumata görə, Azərbaycanın göstəricisi 2019-cu il ilə müqayisədə 0,228 bənd artıb.

Qeyd edək ki, MDB ölkələri arasında Azərbaycan özünə yaxın olan Ermənistanı (5,032 bənd), Qazaxıstanı (5,006 bənd), Rusiyanı (4,998 bənd), Ukraynanı (4,466 bənd), Moldovanı (4,329 bənd) və MDB-yə daxil olmayan Gürcüstanı (5,236) qabaqlayıb.

Ümumi siyahıya gəldikdə ilk üç pillədə Finlandiya (8,654 bənd), İsveçrə (8,530 bənd) və Sinqapur (8,481 bənd) qərarlaşır. Sonuncu üç yerdə isə Haiti (2,655 bənd), Yəmən (2,707 bənd) və Venesuela (2,848 bənd) yer almaqdadır.

"Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi" 129 ölkənin fiziki və əqli mülkiyyət hüquqlarının gücünü və onları tətbiq edən hüquqi və siyasi mühiti hərtərəfli şəkildə qiymətləndirir.

"Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi-2020"yə görə dünya ölkələrinin TOP-10-u:

#

Ölkələr

Göstərici, bənd

1

Finlandiya

8,654

2

İsveçrə

8,530

3

Sinqapur

8,481

4

Yeni Zelandiya

8,424

5

Yaponiya

8,362

6

Avstraliya

8,358

7

Niderland

8,281

8

Norveç

8,248

9

Lüksemburq

8,242

10

Danimarka

8,211

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR