Bu gün Qazaxıstan və Azərbaycan arasında yük daşımalarında kifayət qədər sabit artım müşahidə olunur.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının plenar iclası çərçivəsində “Qazaxıstan Dəmir Yolu Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son dörd ildə ölkələr arasında yük daşımaları yeddi dəfə artıb.
"Bu ilin ilk 10 ayında bu həcm 4,1 milyon ton təşkil edib ki, bu da kifayət qədər əhəmiyyətli artımı göstərir", -Talqat Aldıbergenov qeyd edib.
Bununla yanaşı Talqat Aldıbergeno Orta Dəhlizinin vacibliyini də qeyd edib.
Orta dəhliz olduqca populyardır. Biz ona böyük ümidlər bəsləyirik. Hazırda bu marşrut üzrə konteyner daşımalarının artımı 12%-dən çoxdur. Bu yaxınlarda Çin logistika şirkəti dəhlizə qoşulub və onun qoşulmasından sonra biz təxminən iki dəfəlik artım gözləyirik", - Talqat Aldıbergenov vurğulayıb.