Bu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 48,1 mln. ton yük, 540,4 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən göstəricilər üzrə müvafiq olaraq 11,2% və 21,3% artım qeydə alınıb.
Məlumata görə, sərnişinlərin 94,5%-i avtobus, 5,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.