Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 425,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşınmış yüklərin 44,3%-ni neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 2 518,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2 371,8 min tonunu və ya 94,2%-i tranzit yüklər təşkil edib.
“2022-ci il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 54,4 min ton olub”, - məlumatda qeyd olunur.
Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 18,7% azalaraq 2,6 min nəfər təşkil edib.