Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-iyul aylarında 8,4 mln. ton yük, 1320,3 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,9% artım, sərnişin daşınmasında isə 7,2% azalma müşahidə olunub.
Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 330 vaqon yüklənib, 320 vaqon isə boşaldılıb.
“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,1 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.