Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 610,4 min və ya əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 2,6 dəfə çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Bu nəqliyyat növü ilə yükdaşıma 17,5% artaraq 214,5 min ton olub”, - məlumatda qeyd olunur.