Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 84 862 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir.
2022-ci ilin ilk 4 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% artaraq 22 101 təşkil edib.