Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dünyanın 95 ölkəsindən elmi məqalələr göndərilib. Bununla da Azərbaycan rekorda imza atıb.
Bunu Azərkosmosun İdarə Heyətinin Sədr müavini Dunay Bədirxanov "Beynəlxalq Astronavtika Konqresinə dair media brifinqində" deyib.
"Eyni zamanda, ölkəmizədə keçiriləcək Konqresə göndərilən 3532 abstrakt ilə Azərbaycan ilk 4 ölkə sırasında yer alıb. Azərbaycandan isə Konqresə 214 elmi məqalə göndərilib" - deyə D. Bədirxanov əlavə edib.