Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,7% və 36,3% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 49,3 mln. ton yük daşınıb.
“Yüklərin 2,9%-i dəniz, 7,7%-i dəmir yolu, 0,3%-i hava, 55,9%-i avtomobil nəqliyyatı, 33,2%-i isə boru kəməri ilə daşınıb”, - məlumatda qeyd olunur.
Hesabat dövründə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 6,8% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,9% təşkil edib.
Cari ilin yanvar-mart aylarında nəqliyyatçılar 345,1 mln. sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,4%-i avtomobil nəqliyyatı, 13,2%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.