Bank Of Baku

Azərbaycandakı enerjidoldurma məntəqələrinin sayı açıqlanıb

Azərbaycandakı enerjidoldurma məntəqələrinin sayı açıqlanıb
# 29 mart 2022 13:46 (UTC +04:00)

Azərbaycan üzrə enerjidoldurma məntəqələrinin (EDM) sayı 33 vahid təşkil edir ki, bunlardan 22-si Bakıda, 11 isə regionlarda qurulub.

"APA-Economics" xəbər verir ki, bunu Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov deyib.

O bildirib ki, mütəxəssislərin tövsiyələrinə görə, EDM-lər arasında məsafə 25 kilometri keçməməlidir.

"Hazırda bizdə elektrik avtomobillərinin sayı o qədər də çox deyil. Əlbəttə, onların sayı artdıqca, məntəqələrin də sayının artırılması nəzərdə tutulur. Gələcəkdə EDM-lərin günəş panellərindən həm akkumulyasiya olunması, həm də avtomobillərin "charge" edilməsi təklif olunur", - deyə R. Qurbanov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR