Bank Of Baku

Azərbaycanın bu il "Alstom"dan aldığı lokomotivlərin dəyəri məlum olub

Azərbaycanın bu il "Alstom"dan aldığı lokomotivlərin dəyəri məlum olub
# 14 aprel 2022 10:12 (UTC +04:00)

Fevral ayının 9-da "Alstom Transportation S.A." şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) tərəflər arasında imzalanmış müqavilə əsasında 40-cı yük lokomotivini təhvil verib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı araşdırmaya görə, Qazaxıstandan gətirilimiş sözügedən lokomotivin dəyəri 6,48 mln. ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan ümumilikdə bu ilin yanvar-fevral aylarında Qazaxıstandan 104,43 mln. dollarlıq 16 ədəd elektrik lokomotiv idxal edib.

Qeyd edək ki, 2014-cü ildə ADY, "Alstom"un Transmashholding (TMH) ilə ortaq müəssisəsi olan EKZ ilə 50 elektrik lokomotivi, o cümlədən 40 Prima T8 AZ8A yük lokomotivi və 10 Prima M4 AZ4A sərnişin lokomotivi almaq üçün müqavilə bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR