Bank Of Baku

Azərbaycanın domenində saytların sayı 5%-dən çox artıb - CƏDVƏL

Azərbaycanın domenində saytların sayı 5%-dən çox artıb - CƏDVƏL
# 01 aprel 2022 11:53 (UTC +04:00)

Bu ilin aprelin 1-nə olan məlumatına görə, Azərbaycanın milli domen zonasında (".az") 38 872 internet resursu qeydə alınıb.

"APA-Economics"in "WHOIS" portalının hesabatı əsasında apardığı hesablamalara görə, bu ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,2% çoxdur.

Qeydə alınan saytların ümumi sayının 36 329-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da bir il öncəki göstəricini 5,1% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə qeydiyyat sayı illik ifadədə 1,8% artaraq 1 379 sayt təşkil edib.

Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə aprelin 1-nə olan məlumata görə 543 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricisindən 13,1% çoxdur.

Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçən saytlar

pro.az

5

name.az

13

pp.az

21

biz.az

27

int.az

28

net.az

84

info.az

122

co.az

148

org.az

173

Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR