Bank Of Baku

Azərbaycanla İsrail arasında su təsərrüfatı sahəsində əməkdaşlığa dair sənəd imzalana bilər

Azərbaycanla İsrail arasında su təsərrüfatı sahəsində əməkdaşlığa dair sənəd imzalana bilər
# 07 aprel 2022 16:48 (UTC +04:00)

Azərbaycanla İsrail arasında su təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalana bilər.

APA-Economics” xəbər verir ki, bu fikir “Azərsu” ASC ilə ölkədə səfərdə olan İsrailin Milli Su Qurumu - “Mekorot” şirkətinin nümayəndə heyəti arasında keçirilən görüş zamanı səsləndirilib.
Şirkətin Direktorlar Şurasının sədr müavini Yızhaq Aharonoviç rəhbərlik etdiyi şirkətin suyun effektiv idarə olunması sahəsində böyük təcrübəyə malik olduğunu bildirib. Qonaq qeyd edib ki, qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına mənfi təsirlərinin müşahidə olunduğu dövrdə sudan səmərəli istifadə məsələsi daha da aktuallaşır və bu sahədə mütərəqqi texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır.
Görüşdə içməli su sahəsində ağıllı texnologiyalardan istifadə, dəniz suyunun duzsuzlaşdırılması, su itkilərinin idarə olunması və digər məsələlər üzrə təqdimatlar edilib və müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR