Bank Of Baku

“Azəriqaz” mart ayının yekunlarına dair hesabatı açıqlayacaq

“Azəriqaz” mart ayının yekunlarına dair hesabatı açıqlayacaq
# 07 aprel 2022 16:51 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 8 aprel saat 11:00-da keçiriləcək.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Məlumata görə, cari ilin mart ayının yekunlarına dair hesabat təqdim olunacaq.

Qeyd olunur ki, vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR