Bank Of Baku

“Azəriqaz” qeyri-iş və bayram günləri ilə bağlı rəsmi açıqlama edib

“Azəriqaz” qeyri-iş və bayram günləri ilə bağlı rəsmi açıqlama edib
# 20 aprel 2023 16:07 (UTC +04:00)

Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 21-24 aprel tarixlərində Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində, həmçinin BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.

SOCAR "Azəriqaz" İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, “Azəriqaz”ın əməkdaşları şənbə və bazar günləri saat 10:00-dan 14:00-dək, həftə içi isə saat 11:00-dan 15:00-dək fəaliyyət göstərəcəklər.

“Həmçinin abonentlərin nəzərinə çatdırırıq ki, 24 aprel tarixindən “ASAN Kommunal” mərkəzləri tam şəkildə fəaliyyət göstərəcək. Abonentlər həm Birliyin Çağrı Mərkəzinin 077 3 104 104 “Whatsapp” nömrəsi, həm də azeriqaz.az saytının online çat bölümü vasitəsilə müraciətlərini edə bilərlər”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR