Bank Of Baku

“Azəriqaz” rəhbərliyi Sabunçuda sahibkarlarla görüşəcək

“Azəriqaz” rəhbərliyi Sabunçuda sahibkarlarla görüşəcək
# 19 aprel 2022 14:25 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sabunçu rayonunda təşkil olunacaq.

"Azəriqaz"dan “APA-Economics”ə verilən məlumata görə, İB-nin rəhbər şəxsləri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 21-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR