Bank Of Baku

“Azəriqaz”: Xankəndidə hələ ki hər hansı texniki işlər aparılmır

“Azəriqaz”: Xankəndidə hələ ki hər hansı texniki işlər aparılmır
# 08 aprel 2022 13:02 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində (Xankəndi və digər ərazilər) inventarlaşdırma işləri aparmayıb, burada yerləşən abonentlərin sayı və təsərrüfatı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qeyd olunan ərazilərdəki abonentlər “Azəriqaz” İB-nin abonentləri deyil, qurum tərəfindən burada hələ ki hər hansı texniki işlər aparılmır.

Ruslan Əliyev onu da qeyd edib ki, sözügedən ərazilərdə yerləşən abonentlərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir, lakin orada yaşayan əhalinin sayı erməni mətbuatının bildirdiyi qədər deyil, əhəmiyyətli dərəcədə azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR