Bank Of Baku

“Azəriqaz”ın "Açıq mikrofon" aksiyasında Qax sakinləri də iştirak edib - FOTO

“Azəriqaz”ın "Açıq mikrofon" aksiyasında Qax sakinləri də iştirak edib - FOTO
# 23 may 2023 17:29 (UTC +04:00)

"SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həll edilməsi istiqamətində həyata keçirdiyi aksiya bu dəfə Qax rayonunda baş tutub. Tədbiri açıq elan edən Zaqatala RQİİ-nin rəisi aksiyanın məqsəd və məramını izah edib.

APA-Economics” xəbər verir ki, KOBİA nümayəndəsi də öz növbəsində sahibkarlarla dövlət arasında körpü rolunu oynamağa çalışdıqlarını bildirib. Mikrofon önünə keçən sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini istəyiblər.

Məlumata görə, aksiyadan yararlanan sakinlər isə rayonun Əmircan kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasını xahiş ediblər. Görüşdə səsləndirilən müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilərək qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR