“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev jurnalistlərin və vətəndaşların suallarını cavablandıracaq.
“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 26 noyabr saat 11:00-da başlayacaq. Bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir.