Bank Of Baku

"Aztelekom" internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib

"Aztelekom" internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib
# 16 may 2019 15:49 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü  hər ayın 5-dək deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR