Bank Of Baku

Bakı-Aktau aviareysi üzrə uçuşlar yerinə yetiriləcək

Bakı-Aktau aviareysi üzrə uçuşlar yerinə yetiriləcək
# 18 mart 2022 16:20 (UTC +04:00)

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən etibarən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə hazırlaşır.

"Buta Airways"dan “APA-Economics”ə verilən məlumata görə, uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR