Bank Of Baku

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın gübrə terminalı yayda istifadəyə veriləcək

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın gübrə terminalı yayda istifadəyə veriləcək
# 17 aprel 2023 13:36 (UTC +04:00)

Bu ilin iyun-iyul aylarında“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın gübrə terminalı istifadəyə veriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, hazırda terminalın tikintisi bitmə ərəfəsindədir və işlərin bu ilin may axırına kimi tamamlanması nəzərdə tutulur.

Taleh Ziyadov gübrə terminalının tikintisinin əhəmiyyətli olduğunu qeyd edərək, vurğulayıb ki, hazırda limanın ildə 1-1,5 mln. ton həcmində gübrə aşırmağa imkanı var. Lakin terminalın istifadəyə verilməsi ilə bu imkanlar 2,5 mln. tonadək yüksələcək və və Türkmənistan, Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələrindən yüklərin aşırması üçün imkanları artacaq.

Bundan əlavə Taleh Ziyadov onu da bildirib ki, Bakı Limanında taxıl terminalının tikintisi layihəsi çərçivəsində işlər tamamlanıb, investorlarla danışıqlar aparılıb və yaxın gələcəkdə onun tikintisinə başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR