Bank Of Baku

"Bakı Limanı”nın ikinci fazası çərçivəsində iqtisadi-texniki əsaslandırılma sənədinin hazırlanması davam edir

"Bakı Limanı”nın ikinci fazası çərçivəsində iqtisadi-texniki əsaslandırılma sənədinin hazırlanması davam edir
# 17 aprel 2023 14:00 (UTC +04:00)

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın ikinci fazası çərçivəsində iqtisadi-texniki əsaslandırılması sənədinin hazırlanması işləri davam etdirilir.

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərina görə, hazırda ikinci mərhələnin layihəsinin hazırlanması aparılır və bu ilin sonunadək bitəcək.

Taleh Ziyadov onu da qeyd edib ki, layihə hazır olduqdan sonra hökumət tərəfindən qərar veriləcək ki, bu hansı model əsasında inkişaf etdiriləcək: "Ya dövlət-özəl tərəfdaşlığı və yaxud da dövlət öz tərəfindən həyata keçirəcək. Bu yalnız ilin sonunda məlum olacaq".

Qeyd edək ki, ikinci faza çərçivəsində limanın konteyner aşırma gücü 400 min TEU artırılaraq 500 min TEU-ya çatdırılacaq. İkinci fazadan sonra Limanın ümumi yükaşırma gücü 25 mln. tona çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR