“Bakı Metropoliteni” QSC Rusiya istehsalı olan 3 yeni təsərrüfat qatarı alıb.
Bunu “APA-Economics”ə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, qatarların son sınaq işləri gün ərzində tamamlanacaq və sabahdan onların istismara veriləcəyi gözlənilir: “Qatarların istifadəsi gecə saatlarında tunellərə material, avadanlıq, maşın və mexanizmləri, müxtəlif ölçülü relsləri, şpalları daşımaq, növbə işçilərini - təmirçiləri, yoxlama-baxış dəstələrini aparmaq, tuneldən tullantıları, dəmir-beton qırıntılarını və s. çıxarmaq üçün nəzərdə tutulub”.