Bakı metrosuna buraxılacaq maddələrin siyahısı təqdim olunub.
"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlayıb. O bildirib ki, "Gənclik" metrostansiyasında bir neçə gün öncə baş vermiş hadisə zamanı sərnişin stansiyaya icazə verilən maddələrlə daxil olub.
"Hadisəyə sadəcə iki maddənin qarışması və sərnişinin də həmin maddələri ehtiyatsız davranaraq xüsusi bağlamada aparmaması səbəb olub. Lakin həmin maddələrin Bakı metrosuna keçirilməsində heç bir problem yoxdur. Təbii ki, nəzarətin gücləndirilməsi işləri olacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə Bəxtiyar Məmmədov vurğulayıb.