Bank Of Baku

Bakı-Minsk-Bakı aviareysi bərpa edilib

Bakı-Minsk-Bakı aviareysi bərpa edilib
# 19 aprel 2022 10:02 (UTC +04:00)

Belarusun “Belavia” aviaşirkəti Azərbaycana müntəzəm uçuşları bərpa edib. “APA-Economics” xəbər verir ki, bu barədə Belarus Nəqliyyat Nazirliyinin teleqram kanalında məlumat verilib.
Bildirilir ki, uçuşlar hər gün yerinə yetiriləcək. Təyyarə Minskdən saat 23:00-da yola düşəcək, Bakıya isə saat 03:55-də (hər iki halda yerli vaxtla) enəcək. Uçuş müddəti təxminən 4 saatdır.
Bakıdan Minskə uçuş yerli vaxtla saat 04:55-də olacaq. Təyyarə saat 08:05-də Minsk Milli Hava Limanına enəcək. Uçuş 4 saat 10 dəqiqə çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR