Bank Of Baku

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
# 06 avqust 2026 19:45 (UTC +04:00)

Bakıda Həsən Əliyev və Rövşən Əliyev küçələrinin bəzi hissələrində hərəkət məhdudlaşdırılacaq.

APA AAYDA-ya istinadən xəbər verir ki, Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Həsən Əliyev və Rövşən Əliyev küçələrində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması zərurəti yaranıb.

Bununla əlaqədar, 7 avqust 2026-cı il saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR