Bank Of Baku

Bakıda kompüter, elektron və optik məhsulların istehsalı azalıb

Bakıda kompüter, elektron və optik məhsulların istehsalı azalıb
# 04 may 2019 19:50 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Bakıda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 21,2 mln. manatlıq məhsul istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən ONA-ya verilən məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 48,7% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 2,8 dəfə artıb.

Hesabat dövründə paytaxtda 250 ədəd məişət soyuducusu istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9,4% azdır. Aprelin 1-nə hazır məhsul ehtiyatının sayı 158 ədəd olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR