Bank Of Baku

Bakının 13 küçə və prospektində bayram günlərində təmir aparılıb - VİDEO

Bakının 13 küçə və prospektində bayram günlərində təmir aparılıb - VİDEO
# 28 mart 2022 15:15 (UTC +04:00)

Təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, ardınca üfiqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub.

Məlumata görə, təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.

Sizə 22-27 mart 2022-ci il tarixlərində təmir işləri aparılan küçə və prospektlərin siyahısını təqdim edirik:

1. Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);

2. Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);

3. Abdulvahab Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);

4. Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);

5. Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);

6. Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə);

7 Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);

8. Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);

9. Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);

10. Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);

11. Şəhər şossesi (Zabrat yolu);

12. "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);

13. Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);

14. Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;

15. Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;

16. Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).

© APA | Bayram tətili günlərində 13 küçə və prospektdə təmir işləri icra olunub

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR