12 aprel tarixində gün ərzində Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, yay mövsümünə hazırlıq məqsədilə aparılan profilaktik işlərlə əlaqədardır.