SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin bir hissəsinin dəyişdirilməsi və müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, 01.09.2022-ci il tarixində saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.