Bank Of Baku

Beyləqanda sakinlər “Azəriqaz”ın rəhbər şəxslərinə müraciət ediblər

Beyləqanda sakinlər “Azəriqaz”ın rəhbər şəxslərinə müraciət ediblər
# 18 aprel 2023 17:40 (UTC +04:00)

“Xahiş edirəm sahibi olduğum çörək sexinin debitor borcunu yenidən araşdırasınız”.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, bu müraciətlə Beyləqanda təşkil olunan “Səyyar qəbul otağı”nda rayonda fəaliyyət göstərən sahibkar çıxış edib. Ardınca ənənəyə uyğun olaraq sakinlər mikrofon önünə çıxıblar.

Müraciətlər səsləndikcə, kimi qaz xəttinin yerinin dəyişdirilməsini, kimi fərdi yaşayış evinin qazlaşdırılması, kimisi də qaz sayğacının dəyişdirilməsini istəyib. “Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR