Bank Of Baku

Bişkek-Bakı aviareysi bərpa edilə bilər

Bişkek-Bakı aviareysi bərpa edilə bilər
# 07 sentyabr 2021 14:48 (UTC +04:00)

Qırğızıstan və Azərbaycan Bişkek-Bakı birbaşa aviareysini bərpa edə bilər. "APA-Economics" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, qeyd olunan məsələyə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı toxunulub.

Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edildiyi kimi, tərəflər ən yüksək səviyyədə səfər mübadiləsini, investisiya layihələrinin həyata keçirilməsi üçün prioritet layihələri, hökumətlərarası komissiyanın fəaliyyətinin canlandırılması və bölgələrarası əlaqələrin genişləndirilməsi planlarını müzakirə ediblər.

Bundan başqa, C. Bayramovun Qırğızıstana rəsmi səfərinin hazırlanması məsələsinə də toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR