Bank Of Baku

“Boeing” Yaponiyadan titan almağa başlayıb

“Boeing” Yaponiyadan titan almağa başlayıb
# 11 aprel 2022 11:50 (UTC +04:00)

Nəhəng təyyarə istehsalçıları, Rusiya tədarükçülərindən imtina etdikləri üçün Yaponiyadan titan almağa başlayıblar.

APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir ki, Yaponiyanın “Toho Titanium Co.” şirkəti “Boeing”in Rusiyadan titan alışını dayandırdığı üçün Amerika müştərilərindən sifarişlər almağa başladığını bəyan edib.
Hazırda Yaponiya şirkəti təyyarə istehsalında istifadə olunan bu metalın istehsalını təcili olaraq artırır.
“Boeing Co.” və “Airbus SE” Rusiyadan satın almaqdan imtina etdiyi üçün çatışmazlıqlarla üzləşdilər. Yapon şirkəti 2022-ci ilin sonunadək 2 – 3 min. ton titan göndərməklə bağlı artıq sifariş alıb.
Qeyd edək ki, bundan öncə təyyarə istehsalçıları dünyanın ən böyük titan istehsalçısı olan Rusiyanın “VSMPO-Avisma” şirkəti ilə işləyirdilər. Bu şirkət “Boeing” və “Airbus” üçün metalın əsas mənbəyi idi. “Boeing”, martın əvvəlində Rusiyadan titan alışını dayandırdı. “Airbus” hələ də “VSMPO-Avisma”dan titan tədarükünü davam etsə də, mart ayında alternativ təchizat axtarışı barədə məlumat yaydı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR