Bank Of Baku

BTQ ilə indiyədək 2,4 mln. tondan çox yük daşınıb

BTQ ilə indiyədək 2,4 mln. tondan çox yük daşınıb
# 02 may 2023 15:43 (UTC +04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə bu günə kimi 2 milyon 405 min ton yük daşınıb.

APA-Economics”in “Anadolu Ajansı”a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə Londondan yola düşən bir dəmir yolu yükü Pekinə qədər çata biləcək hala gəlib, dəmir yolu qitələrarası baxımdan fasiləsiz olub.

Covid-19 pandemiyası zamanı BTQ-nın yük daşımalarında mühüm rol oynadığını ifadə edən Əhməd Arslan, quru nəqliyyat vasitələrinin sərhəd keçidlərində problem yaşandığı dövrlərdə dəmir yolu ilə fasiləsiz daşımaların həyata keçirildiyini bildirib.

Qars-İğdır-Dilucu-Naxçıvan dəmir yolu layihəsinin tamamlandığını da qeyd edən nazir əlavə edib ki, bu xəttin tikintisi də qitələrarası əlaqələrin inkişafında böyük imkanlar yaradacaq.

“30 oktyabr 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ümumilikdə 2 milyon 405 min ton yük daşınıb”, - nazir qeyd edib.

O, əlavə edib ki, təkcə bu dəmir yolu xətti ilə 2022-ci ildə 691 min ton yük daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR