Bank Of Baku

Bu il Bakı metrosundan istifadə edənlərin sayı 15%-dən çox artıb

Bu il Bakı metrosundan istifadə edənlərin sayı 15%-dən çox artıb
# 18 aprel 2023 15:08 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Bakı Metropoliteninin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 15,4% artaraq 52 678,3 min nəfər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə Bakı Metropoliteni 45 635,7 min sərnişin daşıyıb.

Xatırladaq ki, 2022-ci ildə Bakı Metropoliteni 208,7 mln. sərnişin daşıyıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Qeyd edək ki, 1967-ci il noyabrın 6-sında istifadəyə verilməklə böyük inkişaf yoluna başlayan Bakı Metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR