Bank Of Baku

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı fevralda 8% artıb

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı fevralda 8% artıb
# 17 mart 2022 14:05 (UTC +04:00)

Bu ilin fevral ayı ərzində Azərbaycanda 26 194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 8,1% çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, aylıq göstəricinin 7 587-si (17,02%-i) ilkin, 18 607-si (82,98%-i) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 718-i fərdi yaşayış və bağ evi, 6 293-ü mənzil, 15 302-si torpaq sahəsi, 269-u qeyri-yaşayış binası, 534-ü qeyri-yaşayış sahəsi, 71-i əmlak kompleksi, 7-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Ötən ay ərzində 1 302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5,1% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3,6 dəfə artaraq 4 612 olub.

Fevral ayı ərzində 20 948 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% artım deməkdir. 2022-ci ilin fevral ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% artaraq 4 723 olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR