Bank Of Baku

Dəniz nəqliyyatı ilə yük daşınmaları 28% artıb

Dəniz nəqliyyatı ilə yük daşınmaları 28% artıb
# 18 aprel 2023 12:30 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 824,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşınmış yüklərin 56,4 %-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 2640,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 2157,1 min tonunu və ya 81,7%-i tranzit yüklər təşkil edib.

“2023-cü il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 80,9 min ton olub”, - məlumatda qeyd olunub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 80,8% artaraq 4,7 min nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR