Bank Of Baku

DGK-nin “Azərterminalkompleks” Birliyinin xidmətləri avtomatlaşdırılır

DGK-nin “Azərterminalkompleks” Birliyinin xidmətləri avtomatlaşdırılır
# 19 aprel 2023 12:59 (UTC +04:00)

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Kollegiyası qərar qəbul edib.

Bundan əvvəl “Azərterminalkompleks” Birliyi müqavilə əsasında xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərib. Bundan sonra “Azərterminalkompleks” Birliyi komitə tərəfindən verilmiş səlahiyyət əsasında xarici ticarət iştirakçılarına gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə xidmətlər göstərəcək.

Həmçinin əsasnamədə edilmiş dəyişikliklə, “Azərterminalkompleks” Birliyinin yeni vəzifəsi müəyyən edilib. Qurum ticarətin asanlaşdırılması mərkəzlərində müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR