Bu ilin mart ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı yanvar ayı ilə müqayisədə 2,8% artaraq 401 ədəd təşkil edib.
"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, mart ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,5%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, martda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 18 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 21 hesabat təqdim edilib.
Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1266 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 9,4% çoxdur.
Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,4%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 68 hesabat təqdim edilib. Bu ilin ilk üç ayında Azərbaycanın internet seqmentində 14 domen və 51 subdomen qeydiyyata alınıb.