Bank Of Baku

ƏƏSMN-in İT infrastrukturu "Hökumət buludu"na köçürülüb

ƏƏSMN-in İT infrastrukturu "Hökumət buludu"na köçürülüb
# 28 mart 2022 09:35 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İT infrastrukturu “Hökumət buludu”na inteqrasiya edilib.

APA-Economics”in məlumatına görə, “AzInTelecom”un dəstəyi ilə bu istiqamətdə aparılan texniki işlər ötən həftənin somuma tam olaraq başa çatdırılıb.

Qeyd edək ki, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçid planı üzrə silsilə müzakirələr aparılır.

Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid məqsədilə 160-dan çox dövlət qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Artıq bu günədək bir çox qurumlarına "Hökumət buludun" üstünlükləri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR