Türkiyənin digər vilayətlərində inşa ediləcək sürət qatarı dəmiryol xətləri Bakı-Tbilisi-Qarsa birləşəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı bildirib.
“Uzunluğu 405 kilometrə çatan bu xətt bir neçə əyaləti birləşdirəcək. Kayseri ilə də əlaqə xətti qurulacaq və Qarsa qədər uzanacaq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdiriləcək. Biz regionumuz üçün dünya əhəmiyyətli strateji xətt açacağıq. CHP lideri kimi Azərbaycanı kənarda qoymaqla deyil, onlarla çiyin-çiyinə bu işləri görməklə”, - deyə o vurğulayıb.