Bank Of Baku

Füzulidə layihələndiriləcək 7 kəndin adı məlum olub

Füzulidə layihələndiriləcək 7 kəndin adı məlum olub
# 12 aprel 2023 12:13 (UTC +04:00)

Ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun tikintisi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istifadəyə verilib: “Həmçinin Özbəkistan Respublikası tərəfindən inşa edilən tam orta məktəbin, Qazaxıstan Respublikası tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam etdirilməkdədir”.

Namiq Hümmətov Komitə tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görüldüyünü də diqqətə çatdırıb: “Füzuli şəhərinin Baş Planı martın 18-də Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə inşa olunacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiq edilib, həmçinin Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb və həmin sənədlərin də qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin cari ilin avqust ayında, Pirəhmədli və Dədəli kəndlərində isə cari ilin oktyabr ayında başlanılması planlaşdırılır. 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin - Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz və Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR