Bank Of Baku

Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclası başlayıb - FOTO

Füzulidə şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası

© APA | Füzulidə şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası

# 12 aprel 2023 11:24 (UTC +04:00)

Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun növbəti iclası başlayıb.

APA xəbər verir ki, tədbir Füzuli Hava Limanının inzibati binasında baş tutub.

İclasa sədrliyi Şəhərsalma məsələləri üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov edib.

İclası giriş sözü ilə Namiq Hümmətov açıb.

Daha sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edib.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanovun, Füzuli şəhərində salınacaq Mərkəzi Parkın layihələndirilməsi barədə - Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin, Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidovun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə müdiri İlham Süleymanovun, Füzuli rayonunun ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi təminatı üzrə işlərin vəziyyəti barədə Azərişıq ASC-nin Texniki Departamentinin direktoru Vüsal Qənbərovun, Füzuli rayonunun ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin su təminatı üzrə işlərin vəziyyəti barədə Azərsu ASC-nin Planlaşdırma və layihələndirmə Departamentinin rəisi Bahadır Kəngərlinin, “Köndələnçay” su anbarının yenidən qurulması, eləcə də Mərkəzi Parkın üzərindən keçən Çərəkən çayının bərpası ilə bağlı nəzərdə tutulan işlər barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin baş məsləhətçisi Elmar Orucovun, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Füzuli rayonunun ilkin bərpa ediləcək yaşayış məntəqələrinin infrastruktur təminatı obyektləri üzrə görüləcək işlərin vəziyyəti barədə -aidiyyəti qurumların da çıxışları gözlənilir.

Daha sonra toplantı iştirakçıları ərazidə aparılan bir sıra tikinti-bərpa işləri ilə bağlı tanış olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR